Ali təhsil müəssisələrinin sərgisində e-psixoloq.az

Bu gün Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisinin açılışı keçirilib. Sərgidə e-psixoloq.az psixoloji dəstək platforması da öz stendi ilə iştirak edib.

Gün ərzində iştirakçılara peşə və ixtisas seçimi ilə bağlı müxtəlif maarifləndirici məlumatlar təqdim olunub, “Bəxt çarxı” oyununda qalib gələn ziyarətçilərə hədiyyələr verilib. Eyni zamanda, abituriyentlər üçün peşə seçimi mövzusunda interaktiv təlimlər uğurla keçirilib.

Sərgi iştirakçıları DİM-in mütəxəssisləri tərəfindən hazırlanmış “Peşə seçimi” testlərindən ödənişsiz yararlanaraq öz maraq, bacarıq və fərdi xüsusiyyətlərinə uyğun peşə istiqamətləri haqqında məlumat əldə etmək imkanı qazanıblar.

Sərgi daha iki gün — 30 və 31 iyul tarixlərində davam edəcək. Abituriyentləri və valideynləri e-psixoloq.az stendinə yaxınlaşmağa, fəaliyyətlərimizdə iştirak etməyə və peşə seçimi üzrə təqdim olunan imkanlardan yararlanmağa dəvət edirik.

Sərgiyə giriş ödənişsizdir. Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi sərgi keçirilən günlərdə aktiv saxlanılacaq.

https://portal.dim.gov.az/sergi/

Ünvan: Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50