Xidmətlərimiz
Fərdi inkişaf və psixoloji dəstək üçün peşəkar alətlər.
Xidmətlərə keç`
Tez-tez verilən suallara cavablarımızı aşağıda tapa bilərsiniz
İmtahan öncəsi streslə mübarizə üçün saytdakı materiallardan və konsultasiya xidmətlərindən istifadə edə bilərsiniz.
Əgər mövzu ilə bağlı sualınız varsa, canlı çat pəncərəsinə müraciət edə bilərsiniz.
Psixoloqa ehtiyac duyursunuzsa, “Konsultasiya” bölməsindən uyğun xidmət və mütəxəssis seçərək psixoloji dəstək ala bilərsiniz: /konsultasiya
E-psixoloq psixoloji maarifləndirmə, özünü tanıma və şəxsi inkişaf üçün yaradılmış rəqəmsal bələdçidir. Saytda müxtəlif psixoloji testlər, məqalələr, peşə məlumatları, video materiallar, vebinarlar və onlayn konsultasiya imkanları təqdim olunur.
Bəzi materiallara baxmaq üçün qeydiyyat tələb olunmaya bilər. Lakin konsultasiya, fərdi xidmətlər və bəzi interaktiv imkanlardan istifadə üçün qeydiyyat lazım ola bilər.
Məqalələr psixologiya, təhsil, streslə mübarizə, şəxsi inkişaf, öyrənmə vərdişləri və emosional rifah mövzularında maarifləndirici məlumat verir.
Video materiallar psixoloji maarifləndirmə, şəxsi inkişaf, stresin idarə olunması, təhsil və gündəlik həyatda psixoloji dəstək mövzularını rahat formada təqdim edir.
Peşələr bölməsi müxtəlif peşələr haqqında məlumat almağa, onların xüsusiyyətlərini tanımağa və gələcək karyera seçimi ilə bağlı ilkin fikir formalaşdırmağa kömək edir.
Peşələr bölməsini oxuya, uyğun testlərdən keçə və nəticələriniz əsasında maraqlarınızı daha yaxşı anlaya bilərsiniz. Daha dəqiq istiqamət üçün mütəxəssis konsultasiyası da faydalı ola bilər.
Test nəticələri verdiyiniz cavablara əsasən formalaşır və müəyyən bal aralığına uyğun izah təqdim edir. Bu nəticələr özünüzü daha yaxşı anlamaq üçün ilkin istiqamət kimi qəbul edilməlidir.
Testi istədiyiniz zaman təkrar keçə bilərsiniz. Nəticələri müqayisə edərkən hazırkı emosional vəziyyətinizin cavablara təsir edə biləcəyini nəzərə almaq vacibdir.
Bəli. Platformada istifadəçi məlumatlarının məxfiliyi qorunur. Test nəticələri, konsultasiya müraciətləri və digər şəxsi məlumatlar üçüncü şəxslərlə paylaşılmır və yalnız platformanın məxfilik qaydalarına uyğun istifadə olunur.
Əgər test nəticəsi Sizi narahat edirsə, gündəlik həyatınıza təsir edən emosional çətinliklər yaşayırsınızsa və ya uzun müddət gərginlik hiss edirsinizsə, psixoloqa müraciət etmək faydalı ola bilər.
Konsultasiya stres, imtahan həyəcanı, motivasiya çətinliyi, özünü tanıma, münasibətlər, peşə seçimi və emosional rifahla bağlı dəstəyə ehtiyac duyan istifadəçilər üçün uyğundur.
İmtahana hazırlaşan böyüklər stresin idarə olunması, motivasiya, diqqətin toplanması və imtahan həyəcanı ilə bağlı testlərdən, məqalələrdən, video materiallardan və konsultasiya xidmətlərindən faydalana bilərlər.
Valideynlər övladlarının imtahan dövründə emosional vəziyyətini daha yaxşı anlamaq, dəstəkverici ünsiyyət qurmaq və stresli situasiyalarda düzgün davranmaq üçün saytdakı maarifləndirici materiallardan və mütəxəssis konsultasiyasından istifadə edə bilərlər.
Canlı çat vasitəsilə platformadan istifadə, materiallar, konsultasiya və xidmətlərlə bağlı suallarınızı yönləndirə bilərsiniz.
Bizimlə birbaşa əlaqə saxlayın, komandamız sizə kömək etməkdən məmnun olar.