Universitet və ixtisas seçimi ilə bağlı suallarınıza birbaşa ali təhsil müəssisələrinin nümayəndələrindən cavab alın!

29–31 iyul 2026-cı il tarixlərində keçiriləcək sərgidə DİM, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalının redaksiyası, həmçinin 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunacaq.

Sərgidə qəbul prosesi, tədris proqramları, təhsil haqqı, universitetlərin maddi-texniki bazası və digər imkanları haqqında ətraflı məlumat əldə edə bilərsiniz. İştirakçılar qeydiyyat zamanı özlərinə uyğun tarixi və saatı seçə bilərlər. Qeydiyyat: portal.dim.gov.az/sergi