`

Nə axtarırsınız?

Axtarış etmək üçün Enter düyməsini sıxın

Geri
Terapevt (ailə həkimi)
4

Terapevt (ailə həkimi)

Peşə Haqqında

Terapevt (ailə həkimi) - ən geniş yayılmış xəstəliklərin qarşısının alınması, diaqnostikası və müalicəsi ilə məşğul olan geniş profilli mütəxəssisdir. Həm böyüklər, həm də uşaqlarla işləyir və yalnız terapiya sahəsində deyil, həm də oftalmologiya, otorinolaringologiya, nevrologiya, dermatologiya, kardiologiya kimi dar ixtisaslar sahəsində də bilik və bacarıqlara malikdir. Ailə həkimi, bir qayda olaraq, bütün ailə üzvlərinin daimi müşahidəsini aparır.

Funksiyalar:

  • Tam ilkin müayinə;
  • İllik diaqnostika;
  • Tibbi prosedurların aparılması;
  • Müayinə və müalicə prosesinə nəzarət.

Zəruri keyfiyyətlər:

  • Psixoloji həssaslıq; 
  • Məsuliyyət; səbir;
  • Ünsiyyət; sadiqlik; 
  • Konsentrasiya; 
  • Səliqəlik; 
  • Əzmkarlıq.

Terapevt olmaq üçün tələblər:

  • 6 il ümumi tibb təhsilin alınması;
  • 4 il rezidentura təhsilin alınması.

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları 

Tədris dili

1. Azərbaycan Tibb Universiteti

Ə

 

AZ/ENG/RUS

2. Naxçıvan Dövlət Universiteti

Ə

 

AZ/RUS

3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

Ə

 

RUS

Ümumi Məlumat
Peşənin Adı
Terapevt (ailə həkimi)
İxtisas Qrupu
4
XİDMƏTLƏR

Xidmətlərimiz

Fərdi inkişaf və psixoloji dəstək üçün peşəkar alətlər.

Xidmətlərə keç