`

Nə axtarırsınız?

Axtarış etmək üçün Enter düyməsini sıxın

Geri
Stomatoloq (diş həkimi)
4

Stomatoloq (diş həkimi)

Peşə Haqqında

Stomatoloq - dişlərin, ağız boşluğunun və üz-çənə bölgəsinin xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olan həkimdir. 

Stomatologiyada bir neçə istiqamət qeyd olunur:

Stomatoloq-terapevt diş xəstəliklərinin müalicəsi ilə məşğul olur, məsələn, kariyesi müalicə edir, plomblar qoyur, dişləri bərpa edir, ağız boşluğunda iltihabın ümumi müalicəsi ilə məşğul olur.

Stomatoloq-cərrah ağız boşluğunun xəstəliklərinin müalicəsində cərrahi müdaxilə edir, məsələn, dişlərin və diş köklərinin cərrahi yolla çıxarılması.

Stomatoloq-ortopedist dişlərin bərpası və implantasiyası ilə məşğul olur.

Stomatoloq-periodontoloqun işi diş saxlayan toxumaların xəstəliklərinin, məsələn, müxtəlif diş əti iltihablarının (paradontit, gingivit) diaqnostikası və müalicəsi ilə məşğul olur.

Funksiyalar:

  • Xəstələrin qəbulu və müalicəsi;
  • Ağız boşluğunun profilaktik müayinəsinin keçirilməsi;
  • Tibbi sənədlərin aparılması.

Zəruri keyfiyyətlər:

  • Peşəkarlıq;
  • Məsuliyyət; 
  • Xeyirxahlıq; 
  • Səliqəlik;
  • İnsansevərlik; 
  • Ünsiyyət; 
  • Nəzakət;
  • Səbir.

Stomatoloq olmaq üçün tələblər:

  • 6 il ümumi tibb təhsilinin alınması;
  • 3 il rezidentura təhsilinin alınması;
  • Tibbi kitabçanın və qüvvədə olan sertifikatın mövcudluğu.

Qrup: IV

Təhsil istiqamətləri:

Stomatologiya

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları

Tədris dili

1. Azərbaycan Tibb Universiteti

Ə

 

AZ/RUS

2. Naxçıvan Dövlət Universiteti

Ə

 

AZ/RUS

Ümumi Məlumat
Peşənin Adı
Stomatoloq (diş həkimi)
İxtisas Qrupu
4
XİDMƏTLƏR

Xidmətlərimiz

Fərdi inkişaf və psixoloji dəstək üçün peşəkar alətlər.

Xidmətlərə keç