`

Nə axtarırsınız?

Axtarış etmək üçün Enter düyməsini sıxın

Geri
Loqoped
3

Loqoped

Peşə Haqqında

Loqoped insanın danışmada çəkdiyi çətinliyi və onun səbəblərini araşdırır. Daha sonra qüsurun düzəldilməsinə və danışığın daha düzgün olması üçün məşqləri seçir və tətbiq edir. Əgər məşqlər kömək etmirsə, bu halda müştərini başqa bir mütəxəssisə yönləndirmək lazım olur. 

Funksiyalar:

  • Müştərilərin müayinəsi və onların nitq inkişafının xüsusiyyətlərini müəyyən edilməsi;
  • Loqopedik diaqnozun qoyulması;
  • Müalicə üsullarının və metodlarının müəyyənləşdirilməsi;
  • Təlimlərin və "ev tapşırıqlarının" hazırlanması;
  • Müəyyən bir dövrün nəticələrinə görə təlim nəticələrinin qiymətləndirilməsi;
  • Nitqin xüsusi tapşırıqlar, masaj və artikulyasiyanı yaxşılaşdıran digər metodlarla düzəldilməsi.

Zəruri keyfiyyətlər:

  • Əlaqə qurma: başqa bir şəxslə asanlıqla ümumi bir dil tapmaq bacarığı;
  • Müştəriyə istiqamətləndirmə: diqqətlə qulaq asmaq və empati qurmaq bacarığı;
  • Yaradıcılıq: problemlərin yeni, qeyri-standart həll yollarını tapmaq bacarığı;
  • Sistem düşüncəsi: vəziyyəti müxtəlif tərəflərdən nəzərdən keçirmək və bütün mümkün şərtləri nəzərə almaq bacarığı;
  • Analitik düşüncə: səbəb-nəticə əlaqələrini müəyyən etmək bacarığı.

Loqoped olmaq üçün tələblər:

Təhsilin olması;

Psixoloji və pedaqoji biliklər.

Qrup: III

Təhsil istiqamətləri:

Korreksiyaedici təlim

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları

Tədris dili

1. Bakı Dövlət Universiteti

Ə

 

AZ

2. Azərbaycan Dövlət Pedaqoji Universiteti

Ə

 

AZ/RUS

3. Azərbaycan Dillər Universiteti

Ə

 

AZ

 

İstiqamət üzrə faydalı kurslar:

  • STIMUL Education & Consulting;
  • "UĞUR MM" Tədris Mərkəzi;
  • Psixologiya Elmi-Tədqiqat İnstitutu;
  • Elite Education Career Centre;
  • Buta Tədris Mərkəzi.
Ümumi Məlumat
Peşənin Adı
Loqoped
İxtisas Qrupu
3
XİDMƏTLƏR

Xidmətlərimiz

Fərdi inkişaf və psixoloji dəstək üçün peşəkar alətlər.

Xidmətlərə keç