Xidmətlərimiz
Fərdi inkişaf və psixoloji dəstək üçün peşəkar alətlər.
Xidmətlərə keç`
Hakim-ədalət mühakiməsini həyata keçirən şəxsdir. O, bu fəaliyyətlə, peşəkar əsaslarla məşğul olur. Hakimin davranışı yalnız aktual qanunvericiliklə tənzimlənir, onun səlahiyyətləri isə konstitusiya səviyyəsində müəyyən edilir. Сinayət və mülki işlər üzrə qərar qəbul etmək hüququ məhz hakimə məxsusdur.
Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.
Funksiyalar:
Zəruri keyfiyyətlər:
Hakim olmaq üçün tələblər:
Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşları hakim ola bilərlər. Yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçən namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. İmtahanlar qabaqcadan təyin olunmuş tarixdə Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilir.
Qrup: III
Təhsil istiqamətləri:
Hüquqşünaslıq
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
|
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Tədris dili |
|
|
1. Bakı Dövlət Universiteti |
Ə |
Q |
AZ/ENG/RUS |
|
2.Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası |
Ə |
|
AZ/RUS |
|
3. “ADA” Universiteti |
Ə |
|
ENG |
|
4. Milli Aviasiya Akademiyası |
Ə |
|
AZ/RUS |
|
5.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası |
Ə |
|
AZ |
|
6. Naxçıvan Dövlət Universiteti |
Ə |
Q |
AZ |