`

Nə axtarırsınız?

Axtarış etmək üçün Enter düyməsini sıxın

Geri
Əczaçı
4

Əczaçı

Peşə Haqqında

Əczaçı dərmanların tərkibi və onların istifadəsi üçün göstəriciləri haqqında hər şeyi bilən bir mütəxəssisdir. İş yerindən asılı olaraq əczaçının vəzifələri fərqlənə bilər. Aptekdə işləyən əczaçı yalnız dərmanlarla deyil, həm də insanlarla işləyir. O, həmçinin provizor adlanır. Bu mütəxəssis dərmanların buraxılması, onların qəbul edilmə qaydalarının izah edilməsi ilə məşğul olur. O, həmçinin daxil olan məhsulun keyfiyyəti, dərmanların düzgün saxlanması, onların qiymət etiketlərinin rəsmiləşdirilməsi ilə məşğul olur.

Funksiyalar:

  • Dərman vasitələrinin keyfiyyətinə nəzarət; 
  • Dərman vasitələrinin farmakoloji xüsusiyyətlərini müştərilərə izah etmək;
  • Dərman vasitələrini farmakoloji qruplara görə sıralama; 
  • Müştərilərin dərman vasitələri və digər məhsullar üzrə konsultasiya etmək;
  • Dərman vasitələrinin və tibbi təyinatlı məmulatların saxlanma şəraitini təmin etmək;
  • Təxirəsalınmaz hallarda tibbi yardım göstərmək.

Zəruri keyfiyyətlər:

  • Dərman və kimyəvi maddələrə qarşı allergik reaksiyanın olmamağı; 
  • Nizamlı;
  • Ehtiyatlı;
  • Yüksək məsuliyyət sahibi;
  • Təmkinlilik və dözümlülük.

Əczaçı olmaq üçün tələblər:

  • Əczaçılıq üzrə təhsilin olması;
  • PharmD dərəcəsi (əczaçılıq təhsili üçün akkreditasiya şurası tərəfindən lazımi qaydada təsdiqlənmiş bir institutun doktorluq proqramını bitirmək);
  • Əczaçı üçün lisenziyalı imtahan seriyasından keçmək.

Qrup: IV

Təhsil istiqamətləri:

Əczaçılıq

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

  Təhsil formaları

Tədris dili

1.Azərbaycan Tibb Universiteti

    Ə

 

AZ/RUS

2.Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

    Ə

 

AZ/RUS

Təhsil ala biləcəyiniz kolleclər:

  1. 1 nömrəli Bakı Tibb Kolleci (əyani)
  2. 2 nömrəli Bakı Tibb Kolleci (əyani)
  3. Naxçıvan Tibb Kolleci (əyani)
  4. Gəncə Tibb Kolleci (əyani)
  5. Mingəçevir Tibb Kolleci (əyani)
  6. Lənkəran Tibb Kolleci (əyani)
Ümumi Məlumat
Peşənin Adı
Əczaçı
İxtisas Qrupu
4
XİDMƏTLƏR

Xidmətlərimiz

Fərdi inkişaf və psixoloji dəstək üçün peşəkar alətlər.

Xidmətlərə keç