Xidmətlərimiz
Fərdi inkişaf və psixoloji dəstək üçün peşəkar alətlər.
Xidmətlərə keç`
Dizayner - öz fantaziyasından, yaradıcılıq bacarığından istifadə edərək istənilən obyektin gözəl və funksional görünüşünü hazırlayan mütəxəssisdir. Hər bir dizayner üçün əl ilə çəkmək bacarığı önəmlidir, lakin peşəkar proqram təminatı və cihazlarla işləmək bacarığı həmçinin vacibdir.
Bütün dizaynerlərin iş mərhələləri oxşardır, ilk öncə onlar layihənin ümumi ideyası ilə tanış olur, sifarişçinin arzularını dinləyir və ya öz təkliflərini irəli sürürlər.
Dizayn istiqamətləri sənaye növlərinə görə fərqlənir:
- qrafik dizayn (reklam məhsullarının yaradılması, videolar, şriftlər və s.);
- insanın imici (zahiri görünüşə aid olan hər şey: geyim, ayaqqabı və s. dizaynı);
- landşaft dizaynı (ərazilərin tərtibatı);
- oyun dizaynı (oyunun vizual tərtibi);
- sənaye dizaynı (ətraf obyektlərin layihələndirilməsi) və s.
Bunlara əsaslanaraq dizaynerlərin aşağıdakı növləri qeyd olunur.
Veb dizayner - müxtəlif internet-saytların tərtibatını həyata keçirir, maketlər yaradır və əlavələr hazırlayır.
Qrafik dizayneri - firma üslubunun və loqotipinin yaradılması, sosial şəbəkələrin dizaynı, təqdimatlar və s. ilə məşğuldur.
İnteryer dizayneri otaqların tərtibatı, otağın dizaynının layihələndirilməsi, mebelin və otağın digər elementlərinin seçilməsi ilə məşğul olur.
Landşaft dizayneri - bağ, park və həyətyanı sahələrin abadlaşdırılması ilə məşğul olur.
Geyim dizayneri müasir dəbli tendensiyalara uyğun olan geyimlərin layihələndirilməsi və yaradılması ilə məşğul olur.
Funksiyalar:
Zəruri keyfiyyətlər:
Dizayner olmaq üçün tələblər:
Rəssamlıq qabiliyyətinin olması;
Müəyyən sahə üzrə təhsilin olması.
Qrup: V
Təhsil istiqamətləri:
Dizayn (sahələr üzrə);
Dizayn (sahələr üzrə) (kollec).
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
|
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Tədris dili |
|
|
1. Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Ə |
|
AZ/ENG |
|
2. Azərbaycan Dövlət İqtisad Universiteti |
Ə |
|
AZ/RUS |
|
3. Bakı Mühəndislik Universiteti |
Ə |
|
AZ |
|
4. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Ə |
|
AZ/RUS |
|
5. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası |
Ə |
|
AZ/RUS |
|
6. Azərbaycan Texnologiya Universiteti (Gəncə) |
Ə |
|
AZ/RUS |
|
7. Qərbi Kaspi Universiteti |
Ə |
|
AZ/RUS |
|
8. Xəzər Universiteti |
Ə |
|
ENG/RUS |
|
9. “Odlar Yurdu” Universiteti |
Ə |
|
AZ/RUS |
Təhsil ala biləcəyiniz kolleclər: